Bank Of Baku

Reytinq: Argentina əhalisi sosial şəbəkələrdə daha çox vaxt keçirir

Reytinq: Argentina əhalisi sosial şəbəkələrdə daha çox vaxt keçirir
# 28 dekabr 2012 08:48 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «ComScore» tədqiqat şirkəti 2012-ci ildə sosial şəbəkələrdə ən çox vaxt keçirən ölkələrin siyahısını dərc edib.

 

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, cari ilin yekunlarına əsasən, Argentina əhalisi sosial şəbəkələrdə ay ərzində təxminən 9,8 saat vaxt keçirib. Braziliyanın internet istifadəçiləri isə ay ərzində orta hesabla 9,7 saat keçirib və braziliyalılar bu göstərici üzrə siyahıda ikinci mövqedə qərarlaşıb.


Siyahının ötən ilki lideri olan Rusiya bu dəfə üçüncü yeri (9,6 saat) tutub, Tailand (8,7 saat) və Türkiyə (8,6 saat) isə müvafiq olaraq dördüncü və beşinci yerdə qərarlaşıb. İlk onluqa həmçinin İsrail (8,2 saat), Kanada (7,9 saat), Peru (7,9 saat), Çili (7,7 saat) və Meksika (7,5 saat) düşüb.

 

«ComScore»un hesabatına əsasən, 15 və daha yuxarı yaşlı Cənubi Amerika sakinləri daha çox «Facebook», «LinkedIn» və «Twitter» sosial şəbəkələrindən istifadə edirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR