Bank Of Baku

Şamaxı-Padar avtomobil yolu tezliklə istismara veriləcək - FOTO

Şamaxı-Padar avtomobil yolu tezliklə istismara veriləcək - <span style="color: red;">FOTO
# 29 oktyabr 2013 12:46 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Şamaxı-Padar avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Üçüncü texniki dərəcəyə uyğun yenidən qurulan yolda artıq 18 km hissəyə üç qat, 5 km hissədə iki qat asfalt-beton örtük salınıb.

 

«Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin «APA-Economics»ə verdiyi məlumata görə, 42 km məsafədə yolun əsasının tikintisi başa çatdırılıb: «Hazırda 7 km hissədə asfalt-beton örtüyünün salınmasına hazırlıq işləri yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda yol istifadəyə veriləcək».

 

Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 121-ci km-dən başlayan bu yol Bakı-Qazax-Gürcüstan sərhədi və Bakı-Şamaxı-Yevlax avtomobil yollarını respublikanın cənub, cənub-qərb rayonları ilə əlaqələndirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR