Bank Of Baku

Saratov-Bakı və Bakı-Saratov aviareysləri təxirə salınıb

Saratov-Bakı və Bakı-Saratov aviareysləri təxirə salınıb
# 30 dekabr 2012 12:47 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «Saravia» aviaşirkəti Saratov-Bakı aviareysini təxirə salıb. Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.

 

Aeroportdan verilən məlumata görə, 2967 saylı Saratov-Bakı aviareysi üzrə uçan təyyarə bu gün Bakıda saat 14:30-da enməli idi: «Lakin məlum olmayan səbəblərə görə, bu aviareys təxirə salınıb. Müvafiq olaraq saat 15:50-də yerinə yetirilməli 2968 saylı Bakı-Saratov aviareysi də təxirə salınıb. Təxirə salınmanın səbəbi çox güman ki, bu aviareysə bu gün tələbatın az olması ilə bağlıdır».

 

Hava limanından həmçinin bildirilib ki, Bakdan Saratova uçuşlar 2013-cü ilin mart ayının 24-dək hər həftənin VII günləri saat 15:50-də «Yak-42» təyyarəsi ilə yerinə yetirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR