Bank Of Baku

Səfir: “Budapeşt-Bakı aviareysi iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcək”

Səfir: “Budapeşt-Bakı aviareysi iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcək”
# 11 aprel 2013 14:31 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. İyun ayında Budapeşt-Bakı birbaşa aviareysinin açılması iki ölkə arasında əlaqələrin bir qədər də inkişaf etdirilməsinə təkan verəcək.

 

APA-Economics”in xəbərinə görə, bunu Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora bildirib.

 

Azərbaycan və Macarıstan arasında heç bir siyasi fikir ayrılığı yoxdur və iki ölkə arasında sıx iqtisadi əməkdaşlıq mövcuddur: "Birbaşa aviareysin açılması bu əlaqələri bir qədər də inkişaf etdirəcək. Onu da qeyd etmək istərdim ki, Budapeşt Avropanın sayca dördüncü ucuz şəhəri sayılır və aviareysin açılması hər iki ölkədən turistlərin sayını artıracaq".

 

Öz növbəsində Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bildirib ki, iki ölkə viza rejiminin sadələşdirilməsi istiqamətində müvafiq addımlar atsa, turistlərin sayı bir qədər də artacaq: "Azərbaycan və Macarıstan arasında əlaqələrin sürətlə inkişaf etdirilməsi bu aviareysin rentabelli olacağına ümid verir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR