Bank Of Baku

Son 10 ildə Azərbaycanda 7 min km yol işləri görülüb

Son 10 ildə Azərbaycanda 7 min km yol işləri görülüb
# 22 fevral 2013 10:00 (UTC +04:00)

 

Bakı – APA-Economics. Son 10 il ərzində Azərbaycanda tikilən, yenidən qurulan və təmir olunan yolların uzunluğu 6 845 km-dən artıq olub.

 

Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, 2003-2012-ci illər ərzində ümumi uzunluğu 19,2 km olan 178-ə yaxın körpü tikilərək istifadəyə verilib. O cümlədən, ümumi gücü saatda 2 120 tondan çox olan 32 asfalt beton zavod istifadəyə verilib. Bu dövrdə avtomobil yollarının tikintisində və təmirində istifadə olunan müxtəlif təyinatlı 2 928 nəqliyyat vasitələri, yol tikinti maşınları, avadanlıq və qurğular alınıb. Qeyd edək ki, 2003-cü ilə kimi olan son 100 il ərzində respublikanın avtomobil yollarında tikilmiş körpülərin ümumi uzunluğu 40,2 km olub.

 

«Son illər respublika və yerli əhəmiyyətli yollarda da böyük həcmli təmir-tikinti işləri görülüb, hətta uzaq dağ kəndlərinə belə müasir tipli yollar çəkilib. Demək olar ki, ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən yolların rahatlığı üçün konkret tədbirlər həyata keçirilib», - deyə məlumatda bildirilir.

 

Xatırladaq ki, ölkənin ümumi istifadədə olan 18 986 km avtomobil yolunun 17 513 km-nə «Azəryolservis» ASC tərəfindən xidmət göstərilir. Onun 4 366 km-i respublika əhəmiyyətli, 13 147 km-i yerli əhəmiyyətlidir. Bakı şəhəri ərazisində olan yollar, prospektlər və küçələrin ümumi uzunluğu isə 1 525 km təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR