Bank Of Baku

Sumqayıtda 8,5 km uzunluğunda su xətti yenilənib

Sumqayıtda 8,5 km uzunluğunda su xətti yenilənib
# 13 noyabr 2012 16:35 (UTC +04:00)

 

Bakı – APA-Economics. “Azərsu” ASC əhalini içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir.

 

ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən xəbərə görə, tədbirlər planına uyğun olaraq Sumqayıt şəhərində təmir-bərpa, əsaslı yenidənqurma işləri aparılır.

 

Cari ilin yanvar-oktyabr aylarında Sumqayıt şəhərində müxtəlif diametrli borularla 6,7 km uzunluğunda yeni şəbəkədaxili su xətti çəkilib, uzun müddət istismarda olan 8,5 km uzunluğunda su xətləri isə yeniləri ilə əvəzlənib. Şəhər əhalisini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə “Sumqayıt Sukanal” İdarəsi tərəfindən 121 ədəd siyirtmə  yenisi ilə əvəzlənib, 720 nasos təmir edilib. Ötən müddətdə Sumqayıt şəhərində əhali və qeyri-əhali abunəçiləri üzrə 7 mindən çox su sayğacı quraşdırılıb.

 

Qeyd edək ki, “Sumqayıt Sukanal” İdarəsi Sumqayıt şəhəri, H.Z.Tağıyev və Corat qəsəbələri üzrə 81 mindən çox abunəçiyə xidmət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR