Bank Of Baku

Sumqayıtda yeni yaşayış məntəqələrinin tam telefonlaşdırılmasına başlanılıb

Sumqayıtda yeni yaşayış məntəqələrinin tam telefonlaşdırılmasına başlanılıb
# 04 mart 2013 11:32 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi Sumqayıt şəhərində yeni salınan yaşayış məntəqələrinin tam telefonlaşdırılması istiqamətində işlərə başlayıb.

 

«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, bu istiqamətdə Stansiya «Sumqayıt», 76-cı məhəllə, Boru yayma zavodu, Xəzri qəsəbəsində müvafiq tədbirlər həyata keçirilir.


Hazırda Sumqayıtda hər 100 mənzilə düşən telefon aparatlarının sayı 87,8 ədəd, hər 100 nəfərə düşən telefon aparatlarının sayı 18,3 ədəd olub ki, bu da respublika üzrə statistik göstəricidən 1,8 ədəd çoxdur.


Bundan başqa, Sumqayıtda genişzolaqlı internet istifadəçilərinin də sayı artmaqdadır. Belə ki, şəbəkənin yeni NGN texnologiyası əsasında qurulması nəticəsində abunəçilərin sayı 13 473-ə çatıb. Hazırda qovşaq üzrə şəbəkədə ümumi montaj tutumu 62 310 ədəd, istifadəçilərin sayı isə 57 388-ə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR