Bank Of Baku

TAE layihəsində sədrlik Ukraynadan Azərbaycana keçib

TAE layihəsində sədrlik Ukraynadan Azərbaycana keçib
# 09 yanvar 2013 11:30 (UTC +04:00)

«APA-Economics»in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, layihənin iştirakçıları yekdilliklə Azərbaycanın layihədə sədrliyinə dəstəklərini ifadə edib və sədrlik Ukraynadan Azərbaycana keçib. Azərbaycanın layihədə sədrliyi 2013-2015-ci illəri əhatə edəcək.

 

Azərbaycan tərəfi bəyan edib ki, sədrliyi dövründə qloballaşmanın daim artan tələbləri nəzərə alınmaqla TAE-nin səmərəliliyinin gələcəkdə artırılması üçün bütün zəruri səyləri göstərəcək.

 

Qeyd edək ki, Azərbaycanın TAE-də sədrlik məsələsi layihənin idarə edilməsi üzrə komissiyanın ötən ilin noyabrın 7-8-də Bakıda keçirilən 21-ci iclasında müzakirə olunub.

 

Xatırladaq ki, TAE-nin reallaşdırılması üçün 1999-cu il oktyabr ayında Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli protokol imzalanıb. Həmin ilin dekabr ayından etibarən TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb. Tikintisi 2 il davam edən fiber-optik kabel 2001-ci ildə başa çatdırılıb (Azərbaycan seqmentinin quru hissəsi) və elə həmin il də Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR