Bakı. Rəşad Süleymanov – APA. Türkiyə gəmi sənayesinin əsas sinifləndirmə təşkilatı olan Türk Loydu Azərbaycanda ofis açıb. Bu barədə APA-ya Türk Loydundan məlumat verilib.
Bakı ofisi Türk Loydunun Türkiyə xaricində fəaliyyət göstərən altıncı ofisidir.
Türk Loydu mülki və hərbi gəmilər daxil olmaqla, gəmi inşası sənayesinə dəstək vermək üçün 1962-ci ildə yaradılıb. Hazırda beynəlxalq sinifləndirmə və sertifikatlaşdırma mərkəzi olaraq fəaliyyət göstərir.