Bank Of Baku

Ukraynanın “AeroSvit” aviaşirkəti iflas olub

Ukraynanın “AeroSvit” aviaşirkəti iflas olub
# 04 yanvar 2013 09:35 (UTC +04:00)

 

Bakı. Viktoriya Dementyeva – APA. Kiyev-Bakı reyslərini həyata keçirən Ukraynanın “AeroSvit” aviaşirkəti Kiyev Təsərrüfat Məhkəməsinə iflas barədə müraciət təqdim edib. APA-nın xəbərinə görə, məhkəmənin qərarında göstərilir ki, şirkətin 27 dekabr 2012-ci ilə qədər olan borcu 4 milyard 270 milyon qrivna, aktivlərinin balans dəyəri isə 1 milyard 467 milyon qrivna təşkil edir.

 

“AeroSvit” artıq öz uçuş istiqamətlərini Ukrayna Beynəlxalq Hava Yollarına təhsil verməyə başlayıb. Bu sırada Kiyev-Bakı reysi də var. “AeroSvit” virtual daşıyıcı kimi qalacaq və bilet satışını həyata keçirəcək. Sərnişin daşınmalarını isə Ukrayna Beynəlxalq Hava Yolları həyata keçirəcək.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR