Bank Of Baku

Vyana-Bakı-Vyana aviareyslərinin sayı artırılır

Vyana-Bakı-Vyana aviareyslərinin sayı artırılır
# 19 yanvar 2013 07:50 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Mart ayından etibarən «Austrian Airlines» aviaşirkəti Vyana-Bakı-Vyana marşrutu ilə aviareyslərin sayını artıracaq. Bu barədə «APA-Economics»ə aviaşirkətin Bakı ofisindən məlumat verilib.


Ofisdən bildirilib ki, hazırda Vyana-Bakı-Vyana marşrutu üzrə uçuşlar həftədə 3 dəfə yerinə yetirilir, mart ayından etibarən isə uçuşların sayı 4-dək artırılacaq: «Əgər hazırda sözügedən aviareys üzrə uçuşları hər həftənin I, IV və V günləri yerinə yetiririksə, mart ayından başlayaraq Vyana-Bakı-Vyana aviareysi həftənin VII günü də həyata keçiriləcək».

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR