Bank Of Baku

Vyana-Bakı aviareysini yerinə yetirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna gecikmə ilə çatacaq

Vyana-Bakı aviareysini yerinə yetirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna gecikmə ilə çatacaq
# 22 fevral 2013 12:39 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Vyanada şaxtalı hava şəraiti səbəbindən «Austrian Airlines» aviaşirkətinin Vyana-Bakı aviareysini bu gün yerinə yetirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna gecikmə ilə çatacaq. Bu barədə «APA-Economics»ə «Austrian Airlines» aviaşirkətinin Bakı ofisindən bildirilib.

 

Ofisdən verilən məlumata əsasən, 643B saylı Vyana-Bakı aviareysinin yerinə yetirən «Airbus A-319» təyyarəsi cədvəllə saat 16:55-də Bakı hava limanında enməli idi: «Lakin Vyanada havanın şaxtalı olması səbəbindən sözügedən təyyarənin qanadları buz bağlamışdır və buzun açılması bir qədər vaxt tələb edib ki, artıq buz təmizlənib və təyyarə havaya qalxıb».

 

Aviaşirkətdən bildirilib ki, təyyarə Bakıya saat 18:15-də çatacaq və təxminən 20 dəqiqədən sonra əks istiqamətdə havaya qalxacaq: «644B saylı Bakı-Vyana aviareysinin sərnişinlərindən hava limanına vaxtında gəlməsi xahiş olunur. Belə ki, aviareysə qeydiyyat vaxtında başlayacaq».

 

Qeyd edək ki, 644B saylı Bakı-Vyana aviareysi ilə 20 sərnişinin uçacaq.

 

Xatırladaq ki, Bakı-Vyana aviareysi üzrə uçuşlar hər həftənin I, IV, V və VII günləri saat 17:55-də yerinə yetirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR