Bakı – APA-Economics. Tərtər-Hindarx avtomobil yolunun 26-cı km-liyində, Xaçınçay üzərindəki körpüdə təmir işləri başa çatdırılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, dünən axşam saatlarında nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.
Qeyd edək ki, uzunluğu 60 m, eni 10,5 m olan körpüdən ağır tonnajlı nəqliyyat vasitələrinin keçməsi nəticəsində aşırım tirlərində çatlar əmələ gəlmişdi.