Bank Of Baku

Yanvarın 20-də Bakıətrafı elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq

Yanvarın 20-də Bakıətrafı elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq
# 11 yanvar 2013 12:43 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Abşeron şəhərətrafı elektrik qatarlarında yanvarın 20-də gediş-gəliş pulsuz olacaq.

 

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, 20 Yanvar faciəsinin 23-cü il dönümünün keçirilməsi ilə bağlı QSC-də Tədbirlər Planı hazırlanıb. Tədbirlər Planına əsasən, Abşeron şəhərətrafı zonada yanvarın 20-də saat 06:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək. Bundan başqa, həmin gün saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcək.

 

QSC rəsmisi onu da bildirib ki, «Azərbaycan Dəmir Yolları» QSC-nin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar ediləcək, QSC-nin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR