«APA-Economics»in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe bildirib.
Səfirin sözlərinə görə, 2013-cü il Azərbaycanda İKT ili elan olunub və bu münasibətlə Yaponiya Azərbaycanla bu sahədə əməkdaşlığını inkişaf etdirmək niyyətindədir.
Ş.Vatanabe əlavə edib ki, Yaponiya Azərbaycanla yalnız neft sektorunda deyil, həmçinin qeyri-neft sektorunda, xüsusilə də kosmik sənaye sahəsində əməkdaşlıq etmək niyyətindədir: «Bizim şirkətlər Azərbaycanın kosmik sənayesinə investisiya yatırmaqda maraqlıdır».
Qeyd edək ki, fevralın 27-28-də Bakıda «Azərbaycan-Yaponiya kosmik sektor seminarı» keçirilir.