Bank Of Baku

Yaponiya səfiri Şusuke Vatanabe: «Azərbaycan gənc nəslin inkişafına diqqət yetirməlidir»

Yaponiya səfiri Şusuke Vatanabe: «Azərbaycan gənc nəslin inkişafına diqqət yetirməlidir»
# 27 fevral 2013 08:19 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan insan resurslarına, əsasən də gənc nəslin inkişafına diqqət yetirməlidir. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe bu gün Bakıda işə başlayan «Azərbaycan-Yaponiya kosmik sektor seminarı»nda çıxışında bəyan edib.

 

Ş.Vatanabenin sözlərinə görə, Azərbaycan təbii ehtiyatlarla yanaşı, insan resursları ilə də zəngindir. İki ölkə arasında 21 illik əlaqələrdən danışan səfir bildirib ki, bu dövr ərzində Azərbaycan və Yaponiya siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələri genişləndirib.

 

Ş.Vasanabe onu da qeyd edib ki, 2013-cü il Azərbaycanda İKT ili elan olunub və bu il ərzində Azərbaycanda İKT sektorunun sürətlə inkişaf etdiriləcəyi gözlənilir. Yaponiyanın kosmik sahədə təcrübəsindən danışan səfir bildirib ki, seminar iki ölkə arasında kosmik sahədə, həmçinin digər sahələrdə əlaqələrin inkişafına imkan yaradacaq.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR