Bank Of Baku

Yasamal rayonun 75%-nə su fasiləsiz verilir

Yasamal rayonun 75%-nə su fasiləsiz verilir
# 26 noyabr 2012 16:48 (UTC +04:00)

 

 

Bakı. Əli Əhmədov – APA-Economics. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

 

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq Bakı şəhərində genişmiqyaslı işlər görülür. Bu məqsədlə yeni magistral və məhəllədaxili xətlər çəkilir, mövcud anbar və xətlərində yenidənqurma işləri aparılır.

 

Oğuz-Qəbələ-Bakı kəməri ilə paytaxta əlavə suyun verilməsi və Yasamal rayonu ərazisində həyata keçirilən tədbirlər nəticəsində bu rayonda daimi içməli su alan istehlakçıların xüsusi çəkisi artıq 75 %-i keçib. 2012-ci ilin noyabr ayında “+160 Qərb” su anbarından başlayaraq Akim Abbasov küçəsi boyunca çəkilmiş 700 mm diametrli yeni magistral xəttin mövcud şəbəkəyə qoşulması nəticəsində Azərbaycan və Mətbuat prospektlərinin, H.Zərdabi, A.Abbasov, Z.Xəlilov, Ə.Cəmil, Ş.Mehdiyev, T.Şahbazi, İ.Qutqaşenli, Ə.Haqverdiyev, H.Cavid, M.Müşfiq küçələrindəki 120-yə yaxın binaya və ərazidəki həyət evlərinə fasiləsiz rejimdə içməli su vermək mümkün olub. Bununla da həmin ərazidəki 7100 abunəçi və ya 21500 sakin 24 saat içməli su ilə təchiz edilib.

 

Qeyd edək ki, “Azərsu” ASC Bakının Binəqədi, Nərimanov, Suraxanı, Nizami, Xətai və Sabunçu rayonlarında da fasiləsiz su təchizatının aparılması üçün tədbirlər görür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR