Bakı – APA-Economics. Bu gün və sabah Bakı şəhəri Yasamal rayonunun bəzi yerlərinə içməli suyun verilməsində fasilələr yaranacaq.
“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Yasamal rayonu Z.Xəlilov küçəsi boyunca yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar dekabrın 5-6-da Yasamal rayonunun Z.Xəlilov, Ə.Cəmil, H.Cavid, Ə.Haqverdiyev, S.Dadaşov, F.Ağayev və M.Rahim küçələrinə içməli su fasilələrlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.