Bank Of Baku

Yaxın illərdə AZAL uçuş coğrafiyasını genişləndirəcək

Yaxın illərdə AZAL uçuş coğrafiyasını genişləndirəcək
# 25 yanvar 2013 10:44 (UTC +04:00)

 Bu barədə «APA-Economics»ə AZAL-ın İstehsal-Koordinasiya İdarəsinin rəisi Natiq Qəmbərov məlumat verib.

 

Onun sözlərinə görə, hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni kompleks inşa olunur və sözügedən kompleksin istifadəyə verilməsi aviaşirkətin uçuş coğrafiyasının genişləndirilməsi üçün şərait yaradacaq: «Hazırda Azərbaycan və Çin arasında Bakı-Pekin aviareysinin açılması istiqamətində danışıqlar aparılır. Eyni zamanda, AZAL Bakı-Nyu-York birbaşa aviareysin açılması istiqamətində ABŞ-la danışıqlar aparır ki, cari ilin aprel ayında bu danışıqlar intensiv fazaya keçəcək».

 

N.Qəmbərov onu da əlavə edib ki, AZAL həmçinin Şərq istiqamətində yeni aviareyslərin açılmasında maraqlıdır və gələcəkdə Bakıdan Banqkok (Tailand) kimi istiqamətlərdə birbaşa aviareyslərin açılması planlaşdırılır.

 

AZAL rəsmisi əlavə edib ki, bir sıra Avropa ölkələri AZAL-ın həmin ölkələrin şəhərlərinə Bakıdan birbaşa aviareyslər açmasında maraqlıdır və hazırda AZAL bu təklifləri və istəkləri nəzərdən keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR