Bank Of Baku

Xəzərdə duzsuzlaşdırma zavodu üzrə saziş imzalanıb - FOTO

Xəzərdə duzsuzlaşdırma zavodu üzrə saziş imzalanıb - FOTO
# 22 sentyabr 2025 10:59 (UTC +04:00)

Xəzər dənizində duzsuzlaşdırma zavodunun tikintisi üzrə Dövlət-Özəl Tərəfdaşlıq sazişi imzalanıb.

APA-Economics” xəbər verir ki, Xəzər dənizi suyu duzsuzlaşdırma zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarı və saxlanmasına dair Dövlət-Özəl Tərəfdaşlıq Sazişi imzalanıb.

Sazişi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və ACWA Power şirkətinin baş icraçı direktoru Marco Arcelli imzalayıblar.

Dəniz suyunun duzsuzlaşdırılması layihəsi İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkəmizdə icrası nəzərdə tutulan ilk pilot layihədir. Layihə çərçivəsində Sumqayıt Sənaye Parkında tikiləcək zavodda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı həyata keçiriləcək. Gündəlk 300 min kubmetr məhsuldarlığa malik layihənin dəyəri 407 mln. ABŞ dolları təşkil edir. Müqaviləyə əsasən zavodun layihələndirilməsi, tikintisi və 25 il müddətində istismarı “ACWA Power” tərəfindən həyata keçiriləcək.

Layihə Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək məqsədilə həyata keçirilir. Hədəf dövlətin içməli su təchizatında yükünü azaltmaq, bu sahədə beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq, iqtisadiyyata xarici sərmayələri cəlb etmək məqsədlərimiz sırasındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR