Bank Of Baku

Xocəsən və Biləcəri qəsəbələrindən keçən magistral su xəttində qəza olub

Xocəsən və Biləcəri qəsəbələrindən keçən magistral su xəttində qəza olub
# 07 mart 2025 15:32 (UTC +04:00)

Bakının Xocəsən və Biləcəri qəsəbələri ərazisindən keçən magistral su xəttində qəza baş verib.

Bu barədə "APA-Economics"ə Dövlət Su Ehtiyyatları Agentliyindən (ADSEA) bildirilib.

Məlumata görə, qəzanın aradan qaldırılması işləri zamanı boru xəttinin üzərindəki torpaq təbəqəsi açılandan sonra qəza həcminin böyük olduğu aşkarlanıb. Bu səbəbdən işin icrasının 8 mart tarixinə qədər davam etdirilməsi zərurəti yaranıb. Bu müddətdə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlara, “Vorovski” qəsəbəsinə və Nərimanov rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranıb.

Sabah gün ərzində suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR