Bank Of Baku

Yanvarda dövlət qeydiyyatına alınmış fərdi yaşayış və bağ evlərinin sayı açıqlanıb

Yanvarda dövlət qeydiyyatına alınmış fərdi yaşayış və bağ evlərinin sayı açıqlanıb
# 11 fevral 2022 15:55 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycanda 1 273 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb.

Əmlak Məsələləri Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur.
Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 6,3% artaraq 1 057 olub.

Bu ilin ilk ayı ərzində 18 608 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% artım deməkdir. 2021-ci ilin yanvar ayında qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin ilk ayı ilə müqayisədə 86,9% artaraq 5 132 olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR