Bank Of Baku

Yarımkeçiricilərin qlobal satışları ötən il rekorda çatıb

Yarımkeçiricilərin qlobal satışları ötən il rekorda çatıb
# 15 fevral 2022 17:48 (UTC +04:00)

2021-ci ildə yarımkeçiricilərin qlobal satışları tarixdə ilk dəfə 500 mlrd. ABŞ dollar həddini keçib. Şirkətlər çip çatışmazlığı şəraitində tələbatı ödəmək üçün istehsalı artırıblar.

"APA-Economics" xəbər verir ki, bu barədə Yarımkeçiricilər Sənayesi Assosiasiyası (YSA) məlumat yayıb.

Qeyd olunur ki, ötən il yarımkeçiricilərin satışları illik müqayisədə 26,2% artaraq rekord həddə – 555,9 mlrd. dollara çatıb. Sənaye nümayəndələri rekord sayda məhsul tədarük ediblər – 1,15 trln. mikrosxem.

"2021-ci ildə mikrosxem çatışmazlığı fonunda yarımkeçirici istehsalçıları davamlı güclü tələbin öhdəsindən gəlmək üçün istehsalı görünməmiş səviyyələrə çatdırıblar və nəticədə rekord satışlar və tədarüklər əldə edilib", - YSA prezidenti və baş icraçı direktoru Con Nyufer qeyd edib.

Onun sözlərinə görə, yaxın illərdə yarımkeçiricilərə tələbat əhəmiyyətli dərəcədə artacaq.

YSA-nın verdiyi məlumata görə, Çində yarımkeçirici satışları 2021-ci ildə illik müqayisədə 27,1% artaraq 192,5 mlrd. dollar təşkil edib və bütün digər bazarları üstələyib. Satışlarda ən ciddi artım Şimali və Cənubi Amerikada müşahidə olunub – 27,4%. Avropada satışlar 27,3% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR