Bank Of Baku

Yasamalda iki yolda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Yasamalda iki yolda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
# 18 fevral 2022 13:53 (UTC +04:00)

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yasamal rayonu Bəsti Bağırova küçəsi və Əbdülvahab Salamzadə küçəsinin yan yolunda avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics”ə verilən məlumata görə, Əbdülvahab Salamzadə küçəsinin yan yolunda (Ceyhun Səlimov küçəsindən Tbilisi prospektinə qədər olan istiqamət üzrə) məhdudlaşma 19 fevral saat 09:00-dan axşam saat 21:00-dək, Bəsti Bağırova küçəsində isə 19 fevral səhər saat 9:00-dan 20 fevral saat 20:00-a qədər davam edəcək.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR