Bank Of Baku

Yeni Şərq Tərəfdaşlığı Ticarət Yardım Masası fəaliyyətə başlayıb

Yeni Şərq Tərəfdaşlığı Ticarət Yardım Masası fəaliyyətə başlayıb
# 16 dekabr 2021 17:14 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən yeni Şərq Tərəfdaşlığı Ticarət Yardım Masası fəaliyyətə başlayıb.

APA-nın xəbərinə görə, Aİ və Şərq Tərəfdaşlığı ölkələri arasında ticarət və investisiyaları dəstəkləyəcək bu yeni alət idxalçılar və ixracatçılar üçün yeni bazar imkanlarını araşdırmağa imkan verəcək.

Bu platforma şirkətlərə yeni imkanları, potensial tərəfdaşları müəyyən etməyə və lazımi tələb və prosedurları yoxlamağa kömək edəcək.

Avropa Komissiyasının icraçı vitse-prezident və ticarət üzrə komissarı Valdis Dombrovskis bildirib ki, Şərq Tərəfdaşlığının Ticarət Yardım Masası Aİ-nin regionla ticarət əlaqələrini gücləndirməsinə kömək edəcək: “Bütövlükdə region Aİ-nin ən yaxşı 10 ticarət tərəfdaşından biridir və Aİ onların bütün ticarətinin demək olar ki, üçdə birini təşkil etməklə, bu ölkələrin ən böyük ticarət tərəfdaşıdır. Bu təşəbbüs Aİ şirkətləri, xüsusən də kiçik və orta sahibkarlıq üçün imkanlar açacaq və həmçinin Şərq Tərəfdaşlığı ölkələri ilə ticarətin və investisiyanın gücləndirilməsinə daha geniş töhfə verəcək”.
Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə Komissar Oliver Varhelyi də yeni platformanı şərh edib.

“Şərq Tərəfdaşlığı üzrə İqtisadi və İnvestisiya Planımız vasitəsilə biz Aİ ilə region arasında iqtisadi əlaqələri gücləndirməyi və kiçik və orta müəssisələrin Aİ ilə ticarətdə iştirakını asanlaşdırmağı hədəfləyirik. Bu platforma Şərq Tərəfdaşlığı regionu üçün prioritetlərimiz olan Bərpa, Dayanıqlıq və İslahatlara kömək və dəstək göstərmək üçün praktiki üsuldur”, - o bildirib.

Bu yeni platformanı Avropa İttifaqı maliyyələşdirib, icraçı tərəfdaş isə Beynəlxalq Ticarət Mərkəzidir.

Şərq Tərəfdaşlığının Ticarət Yardım Masası üç prinsip ətrafında qurulub: İmkanları müəyyən etmək, bazar barədə məlumat və yardım mərkəzi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR