“Youtube” sosial şəbəkəsinin Azərbaycandakı bazar payı artıb

“Youtube” sosial şəbəkəsinin Azərbaycandakı bazar payı artıb
# 03 aprel 2024 11:27 (UTC +04:00)

Cari ilin mart ayında daha əvvəlki aylar və ötən illə müqayisədə “Youtube” sosial şəbəkəsinin Azərbaycandakı bazar payı artıb.

APA-Economics”in xəbərinə görə, ötən ilin martından etibarən Azərbaycanda “Youtube”un bazar payı cüzi də olsa, artmaqda davam edib. Lakin ötən ay 2023-cü ilin mart ayı ilə müqayisədə bu sosial şəbəkənin Azərbaycandakı bazar payı əhəmiyyətli səviyyədə artıb. Belə ki, 2023-cü ilin martında “Youtube”un Azərbaycandakı bazar payı 3.89 % təşkil edibsə, ötən ay bu rəqəm 8.63 % olub.

Nəticədə “Youtube”un Azərbaycandakı bazar payında 121.8 % artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR