"YouTube" media xidməti Rusiyanın "Birinci kanal", "Rossiya 24", "Rossiya 1", TASS, RİA "Novosti", RBK, "Zvezda" və bir neçə digər telekanalın Ukrayna ərazisində yayımını bloklayıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bundan sonra sözügedən resurslar saxta məlumatlarını Ukrayna ərazisində yaya bilməyəcək.