Bank Of Baku

Zəngəzur dəhlizinə gedən Horadiz-Ağbənd dəmiryolunun tikintisi 68% tamamlanıb - VİDEO

Zəngəzur dəhlizinə gedən Horadiz-Ağbənd dəmiryolunun tikintisi 68% tamamlanıb - VİDEO
# 13 noyabr 2025 19:50 (UTC +04:00)

Zəngəzur dəhlizinə gedən Horadiz-Ağbənd dəmiryol xəttində layihələndirilmə 85%, tikinti isə 68% tamamlanıb.

Bu barədə "APA-Economics"ə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Məlumata görə, Böyük Qayıdışı və onun daha böyük regional təsirini səciyyələndirən bu meqalayihə üzrə 8 stansiya, 22 körpü, 2 böyük tunel, ümumilikdə 550-dən çox mühəndis qurğusu inşa olunur.

"Bu xətt həm Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına təkan verəcək, həm Naxçıvanın nəqliyyat blokadasını sona çatdıracaq, həm də Avropa və Asiyanı birləşdirən növbəti "dəmir köprü" olacaq", - məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR