Bakı - APA. Akademik, görkəmli şərqşünas və tarixçi, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun həyat yoldaşı Tahirə Bünyadova vəfat edib.
Milli Məclisdən APA-ya verilən məlumata görə, Milli Məclisin İşlər idarəsində məsləhətçi vəzifəsində çalışan T. Bünyadova uzun sürən xəstəlikdən sonra bu gecə 91 yaşında vəfat edib.
Mərhumla vida mərasimi bu gün saat 12:00-dan 14:00-a qədər Təzə Pir məscidində olacaq.