Meksikada güclü qasırğa nəticəsində 5 nəfər ölüb, 35 nəfər xəsarət alıb

Meksikada güclü qasırğa nəticəsində 5 nəfər ölüb, 35 nəfər xəsarət alıb
# 11 mart 2016 21:17 (UTC +04:00)

Bakı-APA. Meksikada baş verən güclü qasırğa ciddi fəsadlar törədib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 5 nəfər ölüb, 35 nəfər xəsarət alıb

Paytaxt Mexikoda sürəti saatda 70 km-ə çatan külək 55 elektrik dirəyini aşırıb, 100-ə yaxın avtomobil zədələnib.

Ölkənin müxtəlif regionlarında 1 600 yaşayış evinə ziyan dəyib, 4 milyona yaxın insan elektrik enerjisiz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR