Avropaya getmək istəyən 400 miqrant Aralıq dənizində boğulub

Avropaya getmək istəyən 400 miqrant Aralıq dənizində boğulub
# 18 aprel 2016 14:46 (UTC +04:00)

Bakı-APA. Misirdən İtaliyaya getmək istəyən yüzlərlə miqrant Aralıq dənizində boğulub.

APA-nın xəbərinə görə, əksəriyyəti Somalidən olan 400-dən çox miqrant 4 qayıqla Misirdən yola düşüb. BBC-nin yaydığı məlumata görə, hər 4 qayıq Aralıq dənizində aşıb və miqrantlar suya düşüblər. İndiyədək onlardan 29 nəfər xilas edilib, 169 nəfərin meyiti tapılıb, digərləri isə itkin düşüb. Xilasedicilərin axtarışları davam edir.

İtaliya prezidenti yüzlərlə miqrantın öldüyünü bildirib. Somalinin Misirdəki səfiri isə ölənlərin sayının 400-ü keçdiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR