Sülhəddin Əkbər: “Azərbaycanda ənənəvi müxalifət ictimai-siyasi rəyə heç bir təsir göstərmir”

Sülhəddin Əkbər: “Azərbaycanda ənənəvi müxalifət ictimai-siyasi rəyə heç bir təsir göstərmir”
# 05 fevral 2016 14:56 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Bu gün Azərbaycanda ənənəvi müxalifətin potensialı əhəmiyyətli dərəcədə zəifləyib, hökumətin siyasətinə və ictimai rəyə təsirsiz hala gəlib”.

Bunu APA-ya açıqlamasında Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.

O bildirib ki, Azərbaycanda neftin qiymətinin düşməsi və manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar yeni iqtisadi-siyasi landşaft formalaşıb və bu landşaftın da özünə uyğun müxalifəti olacaq: “Fikrimcə, yeni şərait orta sinfin meydana çıxmasını tələb edir. Bu şəraitə uyğunlaşa bilməyənlər siyasi həyatdan uzaqlaşacaqlar. Buna görə də mən hər hansı birlikdə təmsil olunmaqdansa, yeni ictimai şəraitin formalaşmasını gözləməyin tərəfdarıyam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR