Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Ötən il gömrük orqanları üçün çətin olsa da, biz müəyyən nailiyyətlər əldə etmişik".
“APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev 2015-ci ildə gömrük sahəsində görülən işlər, 2016-cı ildə qarşıda duran vəzifələr və nəzərdə tutulan planlarla bağlı danışarkən deyib.
Onun sözlərinə görə, dünyada baş verən böhran və manatın devalvasiyaya uğraması çətinliklər yaradıb.
"Amma biz vəziyyətdən çıxış yolları axtarmışıq. Sahibkarla görüşlər keçirmişik. Onlara hər zaman açıq olmuşuq", - deyə A. Əliyev bildirib.
DGK sədri vergi tutma bazasının azaldığını da diqqətə çatıdırb: "2015-ci ildə vergi tutma bazası 60 milyon manatdan artıq olub ki, bu da azalma deməkdir. Ötən il bəzi nəqliyyat vasitələri və yüklər vergidən azad olunub, bu səbəbdən də vergi tutma azalıb”
A. Əliyev əlavə edib ki, ötən il proqnoz tapşırıqları artıqlaması ilə yerinə yetirilib.
Aydın Əliyev: “Ötən il proqnoz tapşırıqları artıqlaması ilə yerinə yetirilib”
29 yanvar 2016 08:26 (UTC +04:00)
Maliyyə
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
18 may 2024
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024
Kapital Bank-ın 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
15:27
17 may 2024
BMT: 2024-cü ilin əvvəlindən artan neft qiymətləri Azərbaycan və Qazaxıstanın gəlirlərini artıracaq
15:18
17 may 2024