Davudoğlu: "Terror aktı ilə əlaqəsi olmaqda şübhəli bilinən 11 nəfər saxlanılıb"

Davudoğlu: "Terror aktı ilə əlaqəsi olmaqda şübhəli bilinən 11 nəfər saxlanılıb"
# 14 mart 2016 18:11 (UTC +04:00)

Bakı-APA. Ankarada törədilən terror aktı ilə əlaqəsi olmaqda şübhəli bilinən 11 nəfər saxlanılıb. APA-nın məlumatına görə, bunu jurnalistlərə Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu bildirib.

“Terror aktının araşdırılması çərçivəsində 11 nəfər saxlanılıb. Ölənlərdən 35 nəfərin cəsədi qohumlarına təhvil verilib. Qalan iki cəsədin DNT analizi davam etdirilir. Onlardan birinin terrorçu-kamikadzeyə, digərinin isə onunla əlbir olan şəxsə məxsus olmasında artıq tam əminlik var”, - deyə Davudoğlu qeyd edib.

Qeyd edək ki, martın 13-də Ankaranın mərkəzindəki Kızılay meydanında törədilən partlayışda 37 nəfər ölüb, 125 nəfər yaralanıb. Yaralılardan 20-nin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR