Qaxda çayda batmış azyaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB - VİDEO

Qaxda çayda batmış azyaşlı uşağın meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 05 noyabr 2015 12:03 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, 2013-cü il təvəllüdlü Əsgərzadə Ayşən Natiq qızının meyiti vətəndaşlar tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

*** 11.56

Qax. Vüqar Heydərov – APA. Qaxda 2014-cü il təvəllüdlü uşaq çayda boğularaq ölüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə ötən gün saat 17:00 radələrində Qax rayonun Tanqıt kəndində baş verib.

Kənd sakini Natiq Əsgərovun 2014-cü il təvəllüdlü qızı Ayşən nəzarətsiz qalaraq evin arxasında axan Axmaz çayına düşərək boğulub.

Hazırda Qax rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri meyitin axtarışlarını davam etdirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR