Goranboyda 25 yaşlı qadın intihar edib

Goranboyda 25 yaşlı qadın intihar edib
# 16 oktyabr 2015 06:59 (UTC +04:00)

Goranboy. Azər Məmmədli - APA. Azərbaycanın Goranboy rayonunda sirkə turşusu içən qadın xəstəxanada ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Dəliməmmədli şəhər sakini, 1990-cı il təvəllüdlü Gülnarə Xıdırova sirkə turşusundan ağır zəhərlənmə əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadına dərhal tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 25 yaşlı qadın bu gün səhər xəstəxanada ölüb.

Onun intihar etmək məqsədilə sirkə turşusu içdiyi bildirilir.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR