Parlamentlərarası işçi qrupları yenidən təsdiq edilib

Parlamentlərarası işçi qrupları yenidən təsdiq edilib
# 04 mart 2016 13:43 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin V çağırışda parlamentlərarası işçi qruplarının tərkibi yenidən təsdiq edilib.

APA-nın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” sənəd səsə qoyularaq qəbul olunub.

Sənədə əsasən, əvvəlki çağırışla müqayisədə bir sıra ölkələrlə işçi qruplarının rəhbərləri dəyişdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR