Qadına qarşı quldurluq edən şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib

Qadına qarşı quldurluq edən şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib
# 05 dekabr 2016 09:37 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Emin Alməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Alməmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nəsimi rayon 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-də Marina Şirokovaya məxsus, içərisində 530 manat və 100 ABŞ dolları, habelə sənədlər olan pul kisəsini quldurluq yolu ilə almış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Alməmmədov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR