İraq XİN: Son 2-3 il ərzində İraqdan Azərbaycana gələn turistlərin sayı artıb

İraq XİN: Son 2-3 il ərzində İraqdan Azərbaycana gələn turistlərin sayı artıb
# 06 aprel 2018 13:33 (UTC +04:00)

“Azərbaycan və İraq arasında yaxşı əlaqələr var. İraqın Bakıdakı səfirliyi yaxşı işləyir. Azərbaycanın İraqdakı səfirliyinin də fəaliyyəti yaxşıdır. Düşünürük ki, əlaqələrimizi daha da yaxşılaşdıra bilərik”.

APA-nın məlumatına görə, bunu İraq xarici işlər nazirinin müavini Səid Şorş Xalid Bakıda deyib.

O bildirib ki, son 2-3 il ərzində İraqdan Azərbaycana gələn turistlərin sayı artıb: "Əgər 4-5 il əvvəl İraqdan Azərbaycana ildə 2-3 min turist səfər edirdisə, indi bu rəqəm 65 minə yaxındır.

Düşünürəm ki, energetika və kənd təsərrüfatı sahəsində də əməkdaşlığımızı artırmalıyıq. İraq və Azərbaycanın bunun üçün potensialı çoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR