Prezident İlham Əliyevin Davosda “LUKOİL” şirkətinin prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin Davosda “LUKOİL” şirkətinin prezidenti ilə görüşü olub
# 22 yanvar 2018 18:08 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə “LUKOİL” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti müzakirə olunub.

Bu şirkətin 20 ildən çoxdur ki, ölkəmizə sərmayələr qoyduğu qeyd edilib. “LUKOİL”-SOCAR əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib və gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR