Con Kerri və Məhəmməd Zərif arasında növbəti görüş olacaq

Con Kerri və Məhəmməd Zərif arasında növbəti görüş olacaq
# 10 mart 2015 00:46 (UTC +04:00)

Bakı-APA. Martın 15-də İsveçrənin Lozanna şəhərində ABŞ Dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında növbəti görüş baş tutacaq.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentindən bildiriblər.

Görüşdə İranın nüvə proqramı və yekun razılaşma ilə bağlı müzakirələr aparılacaq.

Bundan əvvəl İran xarici işlər nazirinin müavini Abbas Araqçı bəyan etmişdi ki, İranla “altılıq” ölkələri (ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya, Almaniya) arasında aparılan nüvə danışıqlarında ciddi irəliləyişə nail olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR