Paytaxtda adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Paytaxtda adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
# 10 sentyabr 2015 08:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda adam bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 9-da saat 16:30 radələrində Keşlə qəsəbəsi Ə.Əzimzadə küçəsində qəsəbə sakini, 1981-ci il təvəllüdlü Rövşən Məmmədova bıçaqla ağır bədən xəsarəti yetirilib.

Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Nəriman Kərimov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR