Nabranda 4 nəfər dənizdə boğulub - YENİLƏNİB

Nabranda 4 nəfər dənizdə boğulub - <span style="color: red;">YENİLƏNİB
# 25 iyul 2018 16:45 (UTC +04:00)

Nabranda dənizdə boğulan şəxslərin kimliyi müəyyənləşdirilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, dənizdə boğulan şəxslər Xaçmaz rayonun Palçıqoba kənd sakinləri - 1970-ci il təvəllüdlü Kamilə Qocayeva, onun qızı, 24 yaşlı Aysel, Dadaşova Ruhiyyə Eyvaz qızı və onun oğlu, 2002-ci il təvəllüdlü Dadaşov İkram Məmmədyar oğludur.

Onların meyitləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

FHN də hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Nabran qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2000 metr aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması barədə məlumat daxil olub.

Qocayeva Aysel Əfqan qızının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi Qocayeva Kamilə İkram qızının, Dadaşova Ruhiyyə Eyvaz qızının və Dadaşov İkram Məmmədyar oğlunun meyitləri vətəndaşlar tərəfindən sudan çıxarılıb.

***

17.34

Azərbaycanda 4 nəfər dənizdə boğulub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz rayonu, Nabran qəsəbəsi ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suda batan şəxslərin meyitləri tapılaraq sudan çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR