DİM sədri: “XI sinifdə təhsil alan məzunların sayı 80 min nəfərdən çoxdur”

DİM sədri: “XI sinifdə təhsil alan məzunların sayı 80 min nəfərdən çoxdur”
# 25 fevral 2019 17:02 (UTC +04:00)

“XI sinifdə təhsil alan məzunların sayı 80 min nəfərdən çoxdur”.

ONA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, fevralın 10-da keçirilmiş sınaq imtahanında 28 337 nəfər iştirak edib ki, bunlardan 25 min nəfəri bu ilin məzunlarıdır: “Sınaq imtahanında iştirak edənlərdən təxminən 1200 nəfəri əvvəlki illərin məzunu olub, yerdə qalanlar VIII, IX və X sinfin şagirdləri olub”.

Sınaq imtahanına marağın böyük olduğunu vurğulayan DİM sədri qeyd edib ki, imtahanda iştirak edən 28 min nəfərdən 10 mini Bakı məktəblərinin şagirdləridir, sınaq imtahanına Azərbaycanın 27 regionu üzrə imtahana yazılanlar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR