Obama Böyük Britaniyanı Avropa İttifaqında qalmağa çağırıb

Obama Böyük Britaniyanı Avropa İttifaqında qalmağa çağırıb
# 24 iyul 2015 02:06 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniya ABŞ-ın ən sadiq tərəfdaşıdır və Transatlantik həmrəylik naminə Avropa İttifaqının tərkibində qalmalıdır.

APA-nın məlumatına görə, bu barədə ABŞ prezidenti Barak Obama BBC-yə verdiyi müsahibəsində deyib.

“Birləşmiş Krallığın Avropa İttifaqında üzvlüyü Transatlantik birliyin güclü olmasında bizə inam verir və II Dünya Müharibəsindən sonra meydana gəlmiş, dünyanı daha təhlükəsiz, firavan edən qurumlar üçün mühüm əhəmiyyət kəsb edir. Ümidvaram ki, Böyük Britaniya Avropa İttifaqında qalaraq öz nüfuzunu nümayiş etdirməkdə davam edəcək”, deyə B.Obama bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Devid Kemeron ölkənin Avropa İttifaqında qalıb-qalmamağına dair referendumun keçiriləcəyini bəyan edib. Referendum 2017-ci ilin sonunadək baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR