Əlcəzairdə “Əl-Qaidə” liderlərindən biri məhv edilib

Əlcəzairdə “Əl-Qaidə” liderlərindən biri məhv edilib
# 04 noyabr 2016 19:16 (UTC +04:00)

Əlcəzair ordusu ölkənin şərqində “Əl-Qaidə Maqrib ölkələrində” terror qruplaşmasının liderlərindən birini məhv edib.

APA-nın “Sputnik” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Əlcəzair müdafiə nazirliyindən bildirilib.

Məlumata əsasən, terrorçuların Əlcəzairdə başçısı sayılan Əbu Harun Cicəl əyalətində daha bir silahlı ilə birgə öldürülüb. Həmçinin əməliyyat zamanı terrorçulara məxsus xeyli sayda silah-sursat ələ keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR