Sinay yarımadasında silahlıların hücumu nəticəsində 12 hərbçi ölüb

Sinay yarımadasında silahlıların hücumu nəticəsində 12 hərbçi ölüb
# 15 oktyabr 2016 02:19 (UTC +04:00)

Bakı-APA. Misirin Sinay yarımadasında silahlıların hücumu nəticəsində 12 hərbçi ölüb, 6-sı yaralanıb.

APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçular Əl Əriş şəhəri yaxınlığında yerləşən blok-posta hücum ediblər.

Məlumata görə, döyüş zamanı 15 terrorçu məhv edilib. İnsidentə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, oktyabrın 1-də Sinay yarımadasının Əl-Əriş şəhərində dövlət enerji şirkətinə məxsus avtomobil minaya düşərək partlayıb. Nəticədə 3 nəfər hadisə yerində, daha 1-i xəstəxanada ölüb. Partlayışın İŞİD terror qruplaşmasının tərəfindən törədildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR