Daşkəsən və Gədəbəydə yanğına qarşı təbliğat xarakterli tədbirlər keçirilib

Daşkəsən və Gədəbəydə yanğına qarşı təbliğat xarakterli  tədbirlər keçirilib
# 16 aprel 2015 15:50 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarət Xidməti (DYNX) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Daşkəsən və Gədəbəy rayon Meşə Mühafizəsi və Bərpası müəssisələrində yanğına qarşı təbliğat xarakterli tədbirlər keçirib.

FHN DYNX-dan APA-ya verilən məlumata görə, tədbirlərdə meşələrdə və meşə zolaqlarında müvəqqəti tikililərin aparılmasının qadağan olunması, yanğınsöndürmə texnikalarının və vasitələrinin daim işlək vəziyyətdə saxlanılması, yanğınsöndürmə texnikasına və vasitələrinə vaxtlı-vaxtında texniki xidmətin göstərilməsi, meşə sahəsində keçidlərin, yolların, su mənbələrinin vəziyyətinə nəzarət edilməsi prioritet məsələ kimi diqqət mərkəzində saxlanılıb.

Meşə və meşə zolaqlarında, bu zonalarda fəaliyyət göstərən obyektlərdə daim maarifləndirilmə işlərinin aparılması Meşə Mühafizəsi və Bərpası Müəssisəsi işçilərinin diqqətinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR