Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü Şəhidlər məzarlığında qeyd edilib

Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü Şəhidlər məzarlığında qeyd edilib
# 19 mart 2015 01:54 (UTC +04:00)

APA-nın Çanaqqalaya ezam olunmuş Türkiyə müxbirinin xəbərinə görə, türklərin Çanaqqaladakı zəfərinin 100-cü ildönümü 18 mart 1915-ci ildə savaşın ən şiddətli şəkildə yaşandığı yer olan Gəlibolu yarımadasının Qərb bölgəsindəki Şəhidlər məzarlığında qeyd edilib.

Məzarlıqdakı Şəhidlər abidə-kompleksinin önündə çıxış edən baş nazir Əhməd Davudoğlu deyib ki, türklərin Çanaqqaladakı zəfəri tarixdə bir çox xalqın taleyini dəyişdirdi, psixoloji baxımdan isə türklərin taleyini dəyişdi: “Biz məhz Çanaqqaladakı qələbəmizdən sonra milli kimlik və məğlubedilməzlik psixologiyamızı gücləndirə bildik”. Ahmet Davutoğlu 1915-ci ilə fərqli bir don geyindirməyə çalışan qüvvələrin də millətin Çanaqqalada nümayiş etdirdiyi birlik və bərabərlik ruhu qarşısında məğlub olacaqlarını sözlərinə əlavə edib.

Türkiyə silahlı qüvvələri baş qərargahının rəisi, ordu generalı Necdet Özəl, milli müdafiə naziri İsmət Yılmaz, həmçinin Avstraliya və Yeni Zelandiyanın Ankaradakı səfirliklərinin hərbi attaşelərinin iştirak etdiyi mərasimin rəsmi hissəsindən sonra Çanaqqala boğazından Marmara dənizinin Qərb ucuna doğru irəliləyən Türk hərbi gəmilərinin və helikopterlərin keçidi olub. İştirakçıların Şəhidlər məzarında fatihə oxumasından mərasim başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR