Pakistanda 15 silahlı məhv edilib

Pakistanda 15 silahlı məhv edilib
# 28 mart 2015 18:26 (UTC +04:00)

Bakı-APA. Pakistanın hökumət qüvvələri ölkənin şimal-qərbində baş vermiş toqquşma zamanı 15 silahlı məhv edib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistanın Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Məlumata əsasən, Haybər Paxtunxva əyalətində mühasirəyə alınan terrorçular hərbçilərə şiddətli müqavinət göstərib.

Döyüş zamanı üç hərbçinn yaralandığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR